Cümə, 2024-04-26, 5:42 AM
Welcome Guest |
RSS

Heydər baba bizim gözümüzlə...

 

85 ilin zirvəsindən görünən zəfər - Forum

[ İsmarıclar · Axtarış · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Renat  
Forum » Heydər Əliyev » Heydər Əliyevin 85 illik yubileyi » 85 ilin zirvəsindən görünən zəfər
85 ilin zirvəsindən görünən zəfər
Renat Date: Şənbə, 2008-05-10, 8:59 AM | Message # 1
Messages: 3
Reputasiya: 0 ±
Status: Offline
Heydər Əliyev 1923-cü ildə mayın 10-da Naxçıvanda anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildə artıq Naxçıvan Muxtar Respublikasının Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işə başlayan Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti isə 1944-cü ildən hesablanır. 20 il sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində çalışaraq, general-mayor rütbəsinədək yüksəlir. Beləliklə o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsi almış ilk azərbaycanlı olur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri olur. Qısa vaxt ərzində Azərbaycan, SSRİ respublikaları arasında ən inkişaf etmiş və perspektivli ölkələrdən birinə çevrilir. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir. Heydər Əliyevin köməyi ilə yüzlərlə azərbaycanlı gənc xaricə, dünyanın ən inkişaf etmiş və sanballı ali təhsil ocaqlarına oxumağa göndərilir. Bakı kondisionerlər zavodu, indi onun adını daşıyan keçmiş Respublika sarayı, Neft emalı zavodu, Cəmşid Naxçıvanski adına Hərbi Akademiya və daha onlarla bina bilavasitə Heydər Əliyevin göstərişi ilə inşa olunur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş Heydər Əliyev eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. 1987-ci ilin oktyabrında isə tutduğu vəzifədən istefa verir. 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qırğınla əlaqədar ertəsi gün bəyanatla çıxış edərək, cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılımasını tələb edir. 1991-ci ilin iyulunda isə Sovet İttifaqı Komunist Partiyasından uzaqlaşır. 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinə deputat seçilir. 1991-93-cü ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsində çalışır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandıqda Heydər Əliyev rəsmən Bakıya dəvət edilərək, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir, iyulun 24-də isə prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayır. 1993-cü il oktyabrın 3-də birinci, 1998-ci ilin oktyabrın 11-də isə ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilir. İkinci dəfə rəhbərliyə qayıdandan sonra Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar 1998-ci ildə Gülhanə hərbi tibb akademiyası, sonrakı illərdə həm də Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına bir neçə dəfə müraciət edir. Son dəfə isə Heydər Əliyevin vəziyyəti 2003-ci ilin, aprel ayında, Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. O iki dəfə müvazinətini itirsə də, sonradan öz çıxışını davam etdirməyə özündə güc tapdı. Bir müddət Heydər Əliyev, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədiyindən yenidən Türkiyəyə müalicəyə yollanır, avqust ayında isə Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına yola düşür. 2003-ci il dekabrın 12-də həkimlərin rəsmi açıqlamasına görə, Heydər Əliyev ürək çatışmazlığından vəfat edir. Bu gün mərhum prezident Heydər Əliyevin yubileyidir.

ALLAH RƏMƏT ELƏSİN
 
Forum » Heydər Əliyev » Heydər Əliyevin 85 illik yubileyi » 85 ilin zirvəsindən görünən zəfər
  • Page 1 of 1
  • 1
Search:

Əsas bölmələr
Giriş
Axtarış
Dost saytlar
Müzakirələr
Designed by MRenat © 2024